Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Qanlı Yanvar” bədii filminin yaradıcı və işçi heyəti ilə görüş VİDEO

Bakı, 2 dekabr, Abdulla Suvar, AZƏRTAC

Azərbaycan xalqının müstəqillik tarixinin ana səhifəsinə çevrilmiş, tariximizə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsi poetik düşüncəmizdə, teatr səhnəmizdə, bədii-publisistikamızda bir-birindən maraqlı əsərlərlə öz əksini tapsa da, hələ də ekran həyatını yaşamayıb. Azərbaycan xalqının əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirəcək bədii filmin ekranlaşdırılması olduqca təqdirəlayiq hadisədir.

Dekabrın 2-də “Kempinski Badamdar” otel kompleksində son illərin kino həyatında böyük əks-səda doğurmuş “Xoca” filminin müəllifi, rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” bədii filminin yaradıcı və işçi heyəti ilə keçirilən görüş də bu baxımdan unudulmazdır.

AZƏRTAC xəbər verir ki, görüşdə 20 Yanvar hadisələrinin 25-ci ildönümünə həsr olunmuş “Qanlı Yanvar” filminin çəkilişində iştirak edən dünya şöhrətli amerikalı aktyor Lane Devies, türk kinosunun canlı əfsanəsi Nəbahət Çehrə, habelə İrandan dəvət olunmuş tanınmış kino-operator Afşin Əlizadənin başçılıq etdiyi çəkiliş qrupu və yerli azərbaycanlılardan ibarət heyət iştirak edib.

Tədbirdə Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçmiş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rejissor Vahid Mustafayev bildirib ki, qarşımızda çox ağır və məsuliyyətli vəzifə dayanır. Çalışacağıq ki, bu vəzifənin öhdəsindən layiqincə gələk. O vurğulayıb ki, filmin çəkilişində iştirak edən kollektiv beynəlmiləl heyətdir. Burada Azərbaycan ilə yanaşı, Amerika, İran, rus və türk aktyorları birgə çalışırlar. Bu, onunla bağlıdır ki, çəkdiyimiz film təkcə Azərbaycana deyil, bütün dünyaya çox tanış və doğma olan bir mövzudur. Filmdə bu beynəlmiləl kollektivin iştirakı sözsüz ki, bu ekran əsərini Azərbaycan çərçivəsindən çıxarıb, beynəlxalq səviyyəyə qaldırır.

Bildirilib ki, 1990-cı ilin yanvar ayında Bakıda sovet imperiyasına qarşı başlanan narazılıq dalğası ilə inqilabi əhval-ruhiyyəni əks etdirən tarixi əhəmiyyətli “Qanlı Yanvar” filminin əsas süjet xəttində real hadisələr lentə alınıb. Bir neçə rol qəhrəmanının timsalında bütöv bir xalqın əbədiyaşar müstəqillik ruhundan doğan mübarizənin canlandırıldığı film artıq ərsəyə gəlməkdədir. Filmin 60 faizi çəkilib və yaradıcı heyət dayanmadan bu ekran əsəri üzərində çalışır.

Vurğulanıb ki, təqdimatının 20 Yanvar faciəsinin 25-ci ildönümü ərəfəsində keçirilməsi planlaşdırılan, qorxmazlıq və mübarizəni canlandıran filmin çəkilişləri davam edir. Yeni ekran əsərinin bir çox ölkələrdə nümayiş olunacağını, festivallarda iştirak edəcəyini bildirən Vahid Mustafayev həmin ölkələrdə tamaşaçıların filmdə təkcə Azərbaycanın müstəqillik mücadiləsini deyil, eyni zamanda, öz ölkələrində baş vermiş müstəqillik uğrunda mübarizəni də hafizələrində canlandıracağını bildirib.

Filmin çəkilişlərinə yaradılan şəraitə görə Prezident İlham Əliyevə bütün heyət adından minnətdarlığını bildirən Vahid Mustafayev diqqətə çatdırıb ki, bu ekran əsəri bir çox xarici dillərə tərcümə olunaraq geniş coğrafiyada yayımlanacaq.

Filmdə rol alan tanınmış aktrisa Nəbahət Çehrə deyib: “Bu təklifi alanda qürur hissi keçirdim. Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Ağrı-acılarımız da birdir. Bu səbəbdən filmdə yaşananları qəlbən hiss edirəm. Filmdə iki övladını itirən ana rolunu canlandırıram. İnanıram ki, bu film beynəlxalq səviyyədə yüksək qiymətə layiq görüləcək”.

Məşhur aktyor Leyn Devis bildirib ki, 20 Yanvar hadisəsi barədə ətraflı məlumat aldıqdan sonra çox təsirləndim. O, bunun böyük bir inqilabi hərəkat olduğunu bildirib. Aktyor belə bir tarixi hadisəni əks etdirən filmdə çəkilmək üçün dəvət almasından çox məmnun olduğunu deyib.

Filmdə xarici jurnalist rolunu yaratdığını söyləyən Leyn Devis bildirib ki, azadlıq və müstəqillik həmişə böyük mücadilə bahasına əldə olunur. İnanıram ki, bu film ən yaxşı tarixi ekran əsəri olacaq.

Tanınmış kino-operator Afşin Əlizadə vurğulayıb ki, Bakı 25 il bundan əvvəlki şəhər deyil. Azərbaycan paytaxtı ötən müddət ərzində demək olar ki, tamamilə dəyişib. Mən bu dəvəti alanda düşünürdüm ki, 25 il bundan əvvəl baş vermiş bir hadisəni ekranlaşdırmaq olduqca çətinlik yaradacaq. Lakin Vahid Mustafayevin sayəsində hər şey asanlıqla öz həllini tapdı. Biz çalışırıq ki, tez bir zamanda bu işi yekunlaşdıraq, tamaşaçılara maraqlı bir ekran əsəri təqdim edək.

Sonda jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub