Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Vaşinqtonda anılıb VİDEO
AzerTAg.az
19.01.2019 [17:16]
Vaşinqton, 19 yanvar, AZƏRTAC
Azərbaycanın ABŞ-dakı səfirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimə Vaşinqtondakı diplomatik korpusun nümayəndələri, ABŞ-da yaşayan Azərbaycan icması, tələbələr və yerli ictimaiyyətin nümayəndələri qatılıblar.
Tədbirdə 20 Yanvar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək 1990-cı ilin yanvarında Bakı və ölkəmizin müxtəlif bölgələrində Azərbaycanın azadlıq və müstəqilliyi naminə aparılan mübarizədən bəhs edib. Bildirib ki, 20 Yanvar faciəsi sovet hakimiyyətinin xalqımızın haqlı tələblərinə verdiyi qanlı cavab idi. O, Sovet imperiyasının süqutunu sürətləndirən Qara Yanvar faciəsinin milli və mənəvi dirçəlişimiz baxımından əhəmiyyətini vurğulayıb, bunun Azərbaycanın müstəqilliyinə aparan şərəfli yol olduğunu qeyd edib.
Bu faciənin baş verdiyi günləri yada salan E.Süleymanov həmin vaxtın onun Moskvada tələbəlik illərinə təsadüf etdiyini bildirib. Qeyd edib ki, faciədən dərhal sonra ümummilli lider Heydər Əliyev Moskvada mətbuat konfransı keçirərək xalqımızın kədərini bölüşməsi və qırmızı rejimin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu.
Səfir bildirib ki, bu cinayət Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa azadlıq və müstəqilliyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcək. O, çətinliklə əldə edilən müstəqilliyimizin xalqımızın tarixi nailiyyəti olduğunu deyib. Diqqətə çatdırıb ki, Azərbaycan dövləti dünyada yaşayan bütün soydaşlarımızın Vətənidir, dövlətimizin müstəqilliyinin qorunub saxlanması və daha da gücləndirilməsinin dünyanın hər hansı yerində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının mənəvi borcudur. Diplomat dövlətimiz əleyhinə fəaliyyəti xalqımızın əzmkarlığına və müstəqillik yolunda canlarından keçmiş soydaşlarımızın ruhuna hörmətsizlik kimi qiymətləndirib.
Daha sonra görkəmli kino-rejissor, Azərbaycanın Əməkdar incəsənət xadimi Şamil Nəcəfzadə 20 Yanvar hadisələrinin canlı şahidi olaraq, faciəylə bağlı xatirələrini bölüşüb. O, Qara Yanvarın xalqımızın müstəqillik arzusunun reallaşmasında müstəsna rolundan bəhs edib. Faciəni lentə alan və onun həmin zamanlar böyük çətinliklərlə də olsa dünya mediasına çatıdırılmasında xüsusi əməyi olan Ş.Nəcəfzadə bu tarixi xalqımızın şərəf tarixi kimi dəyərləndirərək hər bir azərbaycanlının onunla fəxr etməli olduğunu qeyd edib.
Səfirliyin müşaviri Vüqar Qurbanov çıxışında Azərbaycanda SSRİ-i tərəfindən xalqı susdurmaq, azadlıq yolundan döndərmək üçün keçirilən hərbi əməliyyatın xüsusi qəddarlıq və amansızlıqla təşkil olunduğunu deyib. Buna nail ola bilməyən qüvvələr sonradan Azərbaycan torpaqlarının işğalını və Xocalı soyqırımını törətməklə Azərbaycan xalqı və dövlətini yaralamaq istədilər. Bu səylərə rəğmən Azərbaycan xalqı və rəhbərliyi dövlətçiliyini qorumağa və inkişaf etdirməyə nail oldu.
Sonda 20 Yanvar şəhidlərimizin ruhuna ehsan verilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
25.01.2023 [03:14]
24.01.2023 [14:27]

Xəbərin mətnində orfoqrafik səhv var