QAN YADDAŞI
Qanlı Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindəndir
Bakı, 20 yanvar, Elvira Məmmədova, AZƏRTAC
Qanlı Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsi və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi tarixə düşüb.
Bu sözləri Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gələn paytaxt sakini Gilə Bayramova AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, sovet qoşunları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda ağlasığmaz vəhşiliklər törədərək, günahsız, əliyalın insanları qətlə yetiriblər. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Faciənin ertəsi günü ulu öndər Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun təşkilatçılarının və günahkarlarının adını bütün dünyaya bəyan edib.
O vaxtdan 28 il ötsə də şəhidlərimizin ruhu bizim üçün daim əzizdir. Qoy şəhidlərimiz rahat uyusunlar. Çünki onların azadlığı uğrunda canlarından keçdiyi Vətənimiz bu gün inkişaf edir, böyük uğurlara imza ataraq sabaha inamla baxır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.01.2024 [02:44]
Parisdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.01.2024 [16:42]
Səudiyyə Ərəbistanın nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb
- 26.01.2024 [13:32]
“Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” xarici mediada
- 23.01.2024 [11:00]
20 Yanvar faciəsi Özbəkistan mətbuatında geniş şəkildə işıqlandırılıb
- 23.01.2024 [01:15]
Vaşinqtonda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb
- 22.01.2024 [19:16]
İstanbulda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı konfrans keçirilib
- 22.01.2024 [11:05]