QAN YADDAŞI


Qanlı Yanvar gecəsi tarix daha bir dəhşətə şahidlik etdi

Bakı, 20 yanvar, AZƏRTAC

Qanlı Yanvar hadisələri zamanı birinci kurs tələbəsi idim. Hadisələrdən əvvəl küçələrdə nümayişlər keçirilirdi, xalqımız azadlıq uğrunda mübarizə aparırdı. Mən də gənc olmağıma baxmayaraq, nümayişlərdə iştirak edirdim. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə tarix daha bir dəhşətə şahidlik etdi. Əsrlər boyu düşmənləri tərəfindən vəhşiliklərə məruz qalan xalqımız növbəti qətliamla üzləşdi. Həmin gecə Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı, sovet qoşunları fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan dinc əhaliyə amansız divan tutdu...

Səhəri gün hər kəs o dəhşətli hadisədən xəbərdar oldu. Tələbə yoldaşlarımızdan bir neçəsi Qanlı Yanvar gecəsində şəhidlik zirvəsinə ucaldı. Lakin tökülən qanlar xalqımızı öz mübarizəsindən döndərmədi və müstəqilliyimizi əldə etdik. Biz bu gün yaşadığımız bu müstəqil dövlət üçün şəhidlərimizə borcluyuq.

AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarətə gələn Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Nofəl Vəliyev deyib.

Aktyor yanvarın 20-nin həm kədərli, həm də şərəfli gün olduğunu bildirib və şəhidlərə Allahdan rəhmət diləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.