MƏDƏNİYYƏT
“Qanlı Yanvar”ın Braziliyada ilk nümayişi bu gecə baş tutacaq
Bakı, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 23-də Braziliyanın ən böyük şəhərlərindən olan San Pauloda 39-cu Beynəlxalq Monstra film festivalının açılış mərasimi keçirilib.
AZƏRTAC “ANSPRESS”ə istinadla xəbər verir ki, ölkəmiz bu festivalda ilk dəfə olaraq kinorejissor Vahid Mustafayevin “Qanlı Yanvar” filmi ilə təmsil olunur. Film xalqımızın müasir tarixdə başına gətirilən faciələrdən, amma hər şeyə rəğmən bir xalqın azadlığa gedən yolunun ən bariz nümunəsi kimi uzaq Amerika qitəsində dünyanın müxtəlif ölkələrindən gələn insanlara təqdim olunur. Festivalda beş dəfə nümayiş olunacaq ekran əsərinin ilk təqdimatı bu gün baş tutacaq. 60-dan çox ölkənin iştirak edəcəyi film festivalında 320-dək ekran əsərinin nümayişi nəzərdə tutulub.
Qeyd edək ki, “Qanlı Yanvar” filmi bundan əvvəl Kanadada nüfuzlu Monreal film festivalında nümayiş olunaraq xüsusi diploma layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]