ELM VƏ TƏHSİL


Qanlı yanvar – unutmadıq!

Bakı, 18 yanvar, AZƏRTAC

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Tədbirlərin təşkilatçısı" ixtisas qrupu tərəfindən 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdən öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Anım tədbirini mərkəzin direktoru Pərviz Həmzəyev açaraq 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, 20 Yanvar Azərbaycan tarixinə qanlı səhifələrlə yazılmış bir gündür və məhz həmin gün Azərbaycan xalqı istiqlal əzmini ortaya qoyaraq, bu dəyər uğrunda canından keçməyə hazır yüzlərlə övladı olduğunu bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar faciəsindən 30 il keçsə də, xalqımız şəhidlərin xatirəsini həmişə əziz tutur.

Sonda 20 Yanvar hadisələrini əks etdirən videoçarx nümayiş olunub.

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 2-ci korpusunda da “Qanlı yanvar - unutmadıq” adlı anım tədbiri və rəsm müsabiqəsi təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.