CƏMİYYƏT


Qanunsuz balıq ovlayan şəxs 1000 manat məbləğində cərimələnib

Bakı, 17 sentyabr, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisindəki təbii sututarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Bunu AZƏRTAC-a xidmətin rəis müavini Bəhruz Məhəmmədov deyib.

“Araşdırma zamanı qanun pozucusunun Bəhrəmtəpə qəsəbə sakini Ramal Mirzəyev olduğu məlum olub. Ondan istifadəsi qadağan olunan ov alətləri, müxtəlif növ balıqlar götürülüb.

Faktla bağlı R.Mirzəyev barəsində protokol tərtib edilib və o, 1000 manat məbləğində cərimələnib”,- deyə B.Məhəmmədov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.