CƏMİYYƏT


Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

Bakı, 17 avqust, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Kür çayında və Baş Mil-Muğan kollektorunda balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Neftçala və Salyan rayon sakinləri Cavanşir Quliyev və Salman Əhmədov olduğu müəyyən edilib.

Eyni zamanda Xızı rayonu ərazisində ova cəhd edən Bakı şəhər sakinləri Elşad Əyyubov və Rəşad Kərimov saxlanılıb.

B.Məhəmmədov qeyd edib ki, faktlarla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.