CƏMİYYƏT


Qanunsuz balıqçılıq gölləri daha çox kənd təsərrüfatı torpaqlarında yaradılır

Bakı, 2 mart, AZƏRTAC

Qanunsuz balıqçılıq gölləri çox ciddi narahatlıq doğurur. Təəssüf ki, həmin göllər daha çox kənd təsərrüfatı torpaqlarında yaradılır. Nəticədə kənd təsərrüfatı torpağı şoranlaşmaya məruz qalır. Bu isə həmin ərazilərin kənd təsərrüfatı üçün istifadə imkanlarını məhdudlaşdırır. Yekunda təbiətimiz zərər görmüş olur.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq şöbəsinin müdiri Teymur Şəkərəliyev nazirliyin “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

O bildirib ki, hər hansı balıqçılıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər nazirliyin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.