CƏMİYYƏT


Qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması ilə bağlı reyd keçirilib

Qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması ilə bağlı reyd keçirilib

Bakı, 6 fevral, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkili və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması sahəsində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər çərçivəsində yerli icra orqanlarının nümayəndələri ilə birlikdə Bakı şəhərinin Yasamal rayonu, 2-ci Alatava, M.Xiyabani, 14 ünvanı ilə üzbəüz ünvanında fiziki şəxs Səfərov Surxay Akif oğluna məxsus “Nağı ət dükanı” adlı ət satışı mağazasında reyd keçirilib.

Yoxlama zamanı mağazanın qarşısında diri heyvanların saxlanılması və kəsiminin həyata keçirildiyi müəyyən olunub. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Qanunsuz olaraq quraşdırılmış dəmir konstruksiya sökülüb, kəsimlə məşğul olan şəxs barəsində inzibati protokol tərtib edilib və fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmaq, heyvan kəsimini mərkəzləşdirilmiş, müasir məntəqələrdə həyata keçirmək üçün zəruri məlumatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.