CƏMİYYƏT


Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində 119 əcnəbi saxlanılıb

Bakı, 9 avqust, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən həftə ərzində qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 119 əcnəbi saxlanılıb. Onlardan 3-ü Daxili İşlər Nazirliyi ilə birgə keçirilən tədbirlər zamanı aşkarlanıb.

DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, saxlanılanlardan 7-sinin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 32 nəfərin qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi, 5-nin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 75 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadığı müəyyənləşdirilib. Miqrasiya qanunvericiliyini pozan 92 nəfər barəsində inzibati qərarlar qəbul edilib. Digər əcnəbilərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.