CƏMİYYƏT


Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 138 əcnəbi saxlanılıb

Bakı, 5 noyabr, AZƏRTAC 

Son həftə ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 138 nəfər əcnəbi saxlanılıb. Onlardan doqquz nəfər Daxili İşlər Nazirliyi ilə keçirilmiş tədbirlər zamanı aşkarlanıb.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, saxlanılmış 17 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyət göstərməsi, 1 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 120 əcnəbinin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyənləşdirilib.

Miqrasiya qanunvericiliyini pozan 124 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər 14 miqrantın Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.