CƏMİYYƏT


Qanunsuz ov edən şəxs saxlanılıb

Bakı, 18 noyabr, AZƏRTAC

Nadir və qiymətli şahin quşlarının tutularaq ölkədən xaricə satılmasına dair brakonyerlik fəaliyyəti barədə daxil olmuş operativ məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və hüquq-mühafizə orqanları tərəfindən dərhal nəzarətə götürülüb, müvafiq qaydada izləmə prosesləri aparılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 16-da ETSN-in və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən birgə reyd zamanı əcnəbi vətəndaş İmad Alaborsan saxlanılıb. Ondan ovlanması qadağan edilmiş, adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na düşmüş Şahin quşu maddi sübut kimi götürülüb.

Faktla bağlı İmad Alaborsan barəsində akt, protokol tərtib edilib və qanun pozucusu 2000 manat məbləğdə cərimələnib. Şahin quşu isə təbiətə buraxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.