CƏMİYYƏT


Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Bakı, 2 avqust, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Kür çayında qanunsuz balıq ovlayan, İsmayıllı rayonu Tircan kəndi ərazisində isə qanunsuz tibb zəlisi tutan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Neftçala rayon sakini Ələddin Qasımov, İsmayıllı rayon sakini İlqar Nuruyev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

Xidmət rəsmisi onu da qeyd edib ki, ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Neftçala və Tovuz rayonları ərazisindən keçən hissəsindən ümumilikdə 1640 metr uzunluğunda sintetik tor yığışdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.