CƏMİYYƏT


Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Bakı, 31 yanvar, AZƏRTAC

Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında qanunsuz ov edən şəxslər saxlanılıb.

Xidmət rəsmisi Rəşad Allahverdiyev AZƏRTAC-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Biləsuvar rayon sakinləri Mehman və Ceyhun Kazımovlar olduğu müəyyən edilib.

“Korçay Dövlət Təbiət Yasaqlığında keçirilən nəzarət tədbirləri zamanı isə ova cəhd edən Goranboy rayon sakini Hidayət Əhmədov saxlanılıb. Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.