CƏMİYYƏT


Qanunsuz ov edən şəxslər cəzalandırılıblar

Bakı, 16 fevral, AZƏRTAC

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən fevralın 5-dən 14-dək keçirilən növbəti nəzarət tədbirləri zamanı Sumqayıt şəhərinin Xəzər dənizi sahillərində, Xaçmaz, Neftçala və Astara rayonları ərazisindəki su hövzələrində və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Bunu AZƏRTAC-a xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib: “Araşdırma zamanı brakonyerlərin Sumqayıt şəhər sakini Cəlal Nəcəfov, Xaçmaz rayon sakini Elman Vəlimətov, Neftçala rayon sakinləri Fazil Baloğlanov, Vüqar Eyvazov, Rövşən Məmmədov, Mətləb Bağırov, Balakən rayon sakini Nizami Gəncəyev, Zaqatala rayon sakini Adil Ağayev, Astara rayon sakini Kamran Əsədullayev və Mingəçevir şəhər sakini Emin Mustafayev olduğu məlum olub. Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb”.

B.Məhəmmədov qeyd edib ki, qanunsuz balıq ovu ilə yanaşı, icazə verilməyən ərazilərdə quş ovu ilə məşğul olan Naxçıvan şəhər sakini Hüseyn Salayev, Yevlax rayon sakini İlqar Məmmədov, Abşeron rayon sakini Ərşad Əliyev, Sumqayıt şəhər sakini Zaur Şirinov saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələniblər. Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdiyi birgə nəzarət tədbirləri zamanı isə Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan Sabirabad rayon sakini Oktay Əliyev saxlanılıb. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından hazırda Su Nəqliyyatında Polis İdarəsi tərəfindən təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.