CƏMİYYƏT


Qanunsuz ov edən şəxslər cəzalandırılıblar

Bakı, 28 iyul, AZƏRTAC

Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sumqayıt şəhərinin Xəzər dənizi sahilində, Mingəçevir su anbarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı brakonyerlərin Salyan rayon sakini Əkbər Sadıqov, Qazax rayon sakinləri Aydın Mehdiyev və Namiq Zeynalov olduğu məlum olub. Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.

Eyni zamanda, Zaqatala rayonunun Car kəndi yaxınlığında ova cəhd edən kənd sakini Elçin Şabanov saxlanılaraq cərimələnib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.