CƏMİYYƏT


Qanunsuz ov edən şəxslər cəzalandırılıblar

Bakı, 21 yanvar, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri və Şabran rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Sumqayıt şəhər sakini Sabir Əliyev, Şabran şəhər sakinləri Fizuli Xudaverdiyev, Fizuli Quliyev və Elmar Babayev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb: “Eyni zamanda, ayrı-ayrı inzibati rayonların ərazisində qanunsuz ov edən Bakı şəhər sakinləri Rəsul Məmmədov, Mahmud Əliyev, Bəydəmir Məmmədov, Hüseyn Sultanov və Ağcabədi rayon sakini Xəqani Abdullayev saxlanılıb”.

B. Məhəmmədovun sözlərinə görə, faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.