CƏMİYYƏT
Qanunsuz ov etməyə cəhd edən Qətər vətəndaşı cərimələnib
Bakı, 14 mart, AZƏRTAC
Martın 13-də Ağgöl Milli Parkının 4 nömrəli mühafizə postunun ərazisinə qanunsuz daxil olan 49-BF-118 dövlət qeydiyyat nömrə nişanlı “Niva” markalı minik avtomobili Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı avtomobildə qızılquş tutmaq üçün tor, ev göyərçini, quşların yerini müəyyən etmək məqsədilə xüsusi cihazlar aşkar edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı qanunsuz olaraq ova cəhd edən şəxsin Qətər vətəndaşı Saif Mubarak Al-Hajri olduğu məlum olub.
Faktla bağlı qanun pozucusu barəsində akt və protokol tərtib olunub və ona inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.
Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]