CƏMİYYƏT


Qanunsuz ov hallarına qarşı tədbirlər davam etdirilir

Bakı, 5 oktyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi və şəhər, rayon polis orqanları qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirirlər.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 24-dən 30-dək nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları ilə birgə Biləsuvar, Neftçala, İmişli rayonlarında keçirdikləri tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının pozulması) və 590-cı (mülki silahın və ya döyüş sursatının saxlanılması və daşınması qaydalarının pozulması) maddələrinin tələblərini pozmuş dörd nəfər barəsində inzibati protokol tərtib olunub. Həmin şəxslərə 3100 manat cərimə tətbiq edilib.

Tədbirlər zamanı bir ov tüfəngi aşkarlanaraq aidiyyəti üzrə Neftçala Rayon Polis Şöbəsinə təhvil verilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.