CƏMİYYƏT


Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam edir

Bakı, 9 fevral, AZƏRTAC

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Qızılağac Milli Parkının ərazisində növbəti nəzarət tədbirləri keçirilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev AZƏRTAC-a bildirib ki, xidmətin və milli parkın əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın daxili su hövzələrində brakonyerlərə məxsus 5 ədəd qayıq aşkar edilib, ərazidən 960 metr uzunluğunda sintetik tor və 272 ədəd qanunsuz ov aləti götürülüb.

“Xüsusi mühafizə olunan təbiət ərazilərində ov hallarının qarşısını almaq məqsədilə nəzarət tədbirləri davam etdirilir”,- deyə xidmət rəsmisi qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.