CƏMİYYƏT


Qanunsuz ova cəhd edən şəxslər 1000 manat cərimələniblər

Bakı, 11 sentyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları Ağzıbir ovçuluq təsərrüfatına müvafiq icazə olmadan daxil olan Şabran rayon sakini Hətəm Teyyubov və Şamaxı rayonunun dağlıq ərazisində ova cəhd edən Bakı şəhər sakini Nazim Rzayevi saxlayıblar.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlardan iki ov tüfəngi, on bir patron götürülüb.

Təqsirkarlar barəsində qanunauyğun tədbir görülüb və hər birinə inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.