CƏMİYYƏT


Qanunsuz ovla məşğul olan 300-dək vətəndaş saxlanılıb

Bakı, 25 may, AZƏRTAC

Hazırda Azərbaycanda təxminən 20-25 min ovçu var. Ovçuluq təsərrüfatlarının sayı isə təxminən 12-dir və 215 min hektar ərazini əhatə edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti direktorunun müavini Hikmət Əlizadə mayın 25-də keçirilən mətbuat konfransında məlumat verib.

O deyib: “Yalnız ovçuluq bileti olan şəxslərin icazə verilən ərazilərdə ov etməsi mümkündür. Qanunvericiliyi pozanlara qarşı mübarizə aparılır və onlara qarşı sərt tədbirlər görülür. 2017-ci ildə və bu ilin dörd ayı ərzində qanunsuz ovla məşğul olan 300-dək Azərbaycan vətəndaşı saxlanılıb. Bu ilin üç ayı ərzində isə qanunsuz ovla məşğul olan yeddi əcnəbi barəsində qanunvericiliyin tələblərinə uyğun akt və protokol tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, hərəsi iki min manat məbləğində cərimələnib. Əcnəbilər əsasən ərəb ölkələrinin vətəndaşlarıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.