CƏMİYYƏT


Qanunsuz qazıntı işləri aparan şirkət barəsində tədbir görülüb

Bakı, 1 dekabr, AZƏRTAC

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları tərəfindən Lerik rayonu Piran kəndi ərazisində keçirilən nəzarət tədbirləri zamanı “Kaspi Yıldız” MMC tərəfindən qanunsuz qum-çınqıl hasilatının aparıldığı müəyyən edilib.

Agentliyin rəsmisi Samir Qurbanov AZƏRTAC-a bildirib ki, faktla bağlı protokol tərtib edilib və şirkət barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Lerik Rayon Məhkəməsinə göndərilib.

S.Qurbanov onu da qeyd edib ki, sözügedən şirkət qanunsuz qazıntı işlərini davam etdirdiyi üçün barəsində toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.