CƏMİYYƏT


Qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir

Bakı, 9 avqust, AZƏRTAC 

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Y.Məmmədovun yaşadığı Göytəpə şəhərindəki evinə baxış keçirilib. Baxış zamanı evdən bir qumbara, dörd tapança patronu, bir patron darağı və bir bıçaq aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Muradovdan lüləsi və qundağı kəsilmiş, eləcə də nömrəsi silinmiş “TOZ-8” markalı tüfəng və altı patron aşkarlayıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.