CƏMİYYƏT


Qanunsuz şəkildə işdən azad edilmiş 29 nəfər əvvəlki yerinə bərpa edilib

Bakı, 5 aprel, AZƏRTAC

Bu ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərinin araşdırılması zamanı 29 nəfərin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində onlar əvvəlki işlərinə bərpa etdiriliblər. Xidmətə daxil olan vətəndaş müraciətlərinin bir qismində isə sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi əksini tapıb.

Xidmətin yanvar-mart aylarında bu istiqamətdə apardığı araşdırmalar zamanı işəgötürənlər tərəfindən 33 min 844 manat sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib. Onların 93,8 faizi əməkhaqlarından, qalan hissəsi sosial müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olan həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.