REGİONLAR


Qanunsuz silah gəzdirən Astara sakini saxlanılıb

Astara, 13 aprel, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Məscidməhəllə kənd sakini, əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Ramil Həsənov saxlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ramil Həsənovun üzərinə keçirilən baxış zamanı müvafiq sənədləri olmayan, lüləsi və qundağı kəsilmiş “İJ-16” markalı tüfəng və 1 ədəd bıçaq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.