DÜNYA


Qanunsuz silahlı birləşmələr Ukraynanın həbsdə olan 54 vətəndaşını qaytarıblar

Kiyev, 12 sentyabr, AZƏRTAC

Luqansk vilayətindəki qanunsuz silahlı birləşmələr Ukraynanın həbsdə olan 54 vətəndaşını qaytarıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Ali Radasında insan haqları üzrə məsul Lyudmila Denisova məlumat verib.

Məhkumların hamısı nəzarətsiz zonada - Luqansk vilayətinin penitensiar müəssisəsində saxlanıb. Azad edilənlərin ən kiçiyinin 26, ən böyüyünün isə 61 yaşı var.

Ötən ilin dekabrından bu günədək nəzarətsiz zona hesab edilən Luqansk vilayətində məhkumluqda olan 373, Donetskdə isə 13 Ukrayna vətəndaşı saxlanılıb. Onlardan 105-i buraxılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.