CƏMİYYƏT


Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlanıb

Bakı, 22 sentyabr, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Masallı rayonu ərazisində keçirilən nəzarət tədbirləri zamanı 42-BS-592 dövlət nömrə nişanlı “Qazel” markalı nəqliyyat vasitəsilə qanunsuz meşə materialının daşındığı müəyyən olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avtomobilin yük yerinə keçirilən baxış zamanı 4,75 kubmetr həcmində meşə materialı aşkar edilib.

Araşdırma zamanı qanunsuz yolla əldə edilmiş meşə materialının Lənkəran rayon sakini Rüfət Səfərov tərəfindən daşındığı və təbiətə ümumilikdə 1276 manat məbləğində ziyan dəydiyi məlum olub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.