CƏMİYYƏT
Qanunsuz yolla ölkəyə mobil telefonların gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Qanunsuz yolla ölkəyə mobil telefonların gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Mitsubishi Pajero İO” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin salonunda, döşəmədə düzəldilən xüsusi saxlanc yerindən gömrük nəzarətindən gizlədilən 8 ədəd “Kgtel A310”, 15 ədəd “JSYES 310”, 5 ədəd “JSYES 1207T” markalı mobil telefon və həmin telefonlara aid 24 ədəd qutu aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]