CƏMİYYƏT


Qanunsuz yolla ölkəyə qızıl-zinət əşyalarının gətirilməsi cəhdinin qarşısı alınıb VİDEO

Bakı, 20 oktyabr, AZƏRTAC

Qanunsuz olaraq ölkəyə 2 kiloqramdan çox qızıl-zinət əşyalarının gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan ərazisindən tranzit keçməklə Türkiyədən Azərbaycana gələn Türkiyə Respublikası vətəndaşının idarə etdiyi “İveco 440 S” markalı, 34 KL 4479 nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Stasionar rentgen qurğusu ilə (HCVG6032 markalı) aparılan yoxlama zamanı monitorda şübhəli predmetlərin təsviri görünüb. Həmin təsvir nəqliyyat vasitəsinin salonunda, sürücünün əyləşdiyi yerin üst hissəsində olan boşluqda müşahidə edilib. Həmin yerdə aparılan ayrıca yoxlama nəticəsində isə 7 ədəd sellofan bükülü aşkar edilib.

Aşkar olunan sellofan bükülülərə baxış zamanı isə hər birinin içərisində müxtəlif sayda və növdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 2 kiloqram 106 qram olan qızıl-zinət əşyaları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.