REGİONLAR


Qanvermə aksiyasında 138 nəfər beyləqanlı könüllü olaraq qan verib

Beyləqan, 18 oktyabr, AZƏRTAC

Beyləqan Rayon Mərkəzi Xəstəxanasında keçirilən könüllü qanvermə aksiyasında 138 nəfər insan qan verib.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə reallaşan aksiyada rayon sakinləri fəal iştirak ediblər. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun əməkdaşları tərəfindən toplanan qan müayinədən keçdikdən sonra hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.