DÜNYA


Qaqauziya Başqanı xəstəxanaya yerləşdirilib

Kişineu, 8 sentyabr, AZƏRTAC

Moldovanın Qaqauziya Muxtar Ərazi Qurumunun Başqanı İrina Vlaxın səhhəti qəflətən pisləşdiyi üçün o, xəstəxanaya yerləşdirilib.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, Başqanın müşaviri Andrey Vedutenkonun sözlərinə görə, İrina Vlax muxtariyyət ərazisinə işgüzar səfərdə olarkən halı pisləşib və Komrat şəhərindəki xəstəxanaya aparılıb. Müayinə zamanı bəlli olub ki, onun ayağı əməliyyat edilməlidir.

Artıq əməliyyat uğurla başa çatıb, amma İrina Vlax bir neçə gün xəstəxanada qalacaq. Zədəni ağırlaşdırmamaq üçün İ.Vlaxın fiziki fəaliyyəti bir müddət minimuma endirəcək.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.