REGİONLAR


Qar uçqunu səbəbindən bağlanan Quba-Xınalıq yolu açılıb

Quba, 22 mart , Elxan Yusifli, AZƏRTAC

Qar uçqunu səbəbindən iki gündür ki, bağlı olan Quba-Xınalıq yolunda martın 22-si gündüz saatlarından başlayaraq avtomobillərin hərəkəti bərpa edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 20-də baş verən qar uçqunu Quba-Xınalıq yolunun 34-38-ci kilometrliyində qeydə alınmışdı. Əraziyə tökülən qar təbəqəsinin çoxluğu, eyni zamanda, həmin ərazidə texnikanın işləməsinin olduqca çətin olması yolun qardan təmizlənməsinə problemlər yaradıb.

Qeyri-sabit hava şəraiti və relyefin çətin olmasına baxmayaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 10-a yaxın texnikası, həmçinin canlı qüvvəsi əraziyə cəlb olunaraq Quba və Xınalıq istiqamətində yoldan qarın təmizlənməsi işlərini həyata keçirib.

Həyata keçirilən tədbirlərlə nəqliyyat əlaqəsi kəsilən Xınalıq, Qala Xudat, Bostankeş, Cek, Əlik və Atuc kəndlərinə avtomobillərin sərbəst hərəkəti təmin edilib.

Buna baxmayaraq, təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz olunmayan sürücülərdən Quba-Xınalıq yolundan istifadə etməsi tövsiyə olunmur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.