Qar uçqunu səbəbindən bağlanan Quba-Xınalıq yolu açılıb VİDEO
AzerTAg.az
Quba, 18 fevral, Elxan Yusifli, AZƏRTAC
Fevralın 17-də baş verən qar uçqunları səbəbindən bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qar uçqunu Quba-Xınalıq yolunun 35-37-ci kilometrliyində, bir neçə yerdə qeydə alınıb. Uçqun nəticəsində yola tökülən qar təbəqəsinin 2-2,5 metrə çatır. Bu səbəbdən həmin istiqamətdəki 7 kəndlə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin ağır texnikaları və canlı qüvvəsi gecə saatlarından yolun qardan təmizlənməsinə başlayıb. Quba-Xınalıq yolunun günün sonunadək avtomobillərin hərəkəti üçün tam açılması nəzərdə tutulur.




Xəbərin mətnində orfoqrafik səhv var