CƏMİYYƏT


Qar uçqununa düşən hərbi qulluqçularımızın nəşi tapılıb

Bakı, 23 aprel, AZƏRTAC 

Qar uçqununa düşən hərbi qulluqçularımızın nəşi tapılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun mart ayının əvvəlində qar uçqununa düşən hərbi qulluqçuları gizir Abdullayev Hafiz Məhəd oğlunun və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlunun nəşi həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.