İQTİSADİYYAT


Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzinin saytında pandemiya dövründə Azərbaycanın enerji siyasətindən bəhs edən məqalə dərc olunub

Bakı, 3 iyul, AZƏRTAC

Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzinin (İCBSS) saytında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Şahmar Hacıyevin “Azərbaycan COVID-19 pandemiyası zamanı etibarlı enerji tərəfdaşı kimi” adlı tədqiqat işi çap olunub.

BMTM-dən AZƏRTAC-a bildiriblər ki, məqalədə müəllif COVID-19 pandemiyasının qlobal enerji bazarına mənfi təsir etdiyini vurğulayır və Azərbaycanın da digər enerji ixrac edən ölkələr kimi qlobal enerji bazarlarında mənfi tendensiyalardan təsirləndiyini qeyd edir. Şahmar Hacıyev diqqətə çatdırır ki, hadisələrin bu cür inkişafı fonunda neft qiymətlərinin ucuzlaşması ilə mübarizə aparmaq və qiymətləri sabitləşdirmək məqsədilə aprel və iyun aylarında OPEC+ görüşləri qlobal enerji bazarlarında COVID-19 pandemiyasının təsirinin azaldılması istiqamətində mühüm addım olub. Müəllif yazır: “Azərbaycan da OPEC+ formatı çərçivəsində uğurlu və məhsuldar əməkdaşlığını davam etdirir və OPEC+ sazişlərini neft qiymətlərinin stabilləşdirilməsi üçün olduqca vacib hesab edir”.

Şahmar Hacıyev bildirib ki, Azərbaycan beynəlxalq enerji əməkdaşlığını dəstəkləyir və Xəzər xam neftini qlobal enerji bazarlarına nəql edən Bakı-Tbilisi-Ceyhan neft kəməri və Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək Cənub Qaz Dəhlizi kimi, nəhəng enerji layihələrinin təşəbbüskarıdır. Bu gün əminliklə demək olar ki, Azərbaycan səmərəli enerji istehsalçı-istehlakçı dialoqu və vahid strategiya qurmağı bacardı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.