RƏSMİ SƏNƏDLƏR


Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir, işlərinizdə uğurlar, möhkəm cansağlığı arzulayıram.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı müstəqilliyimizi qoruyub saxladı, ölkəyə barış və inkişaf gətirdi. Siz Heydər Əliyev siyasətinə yeni nəfəs gətirərək Azərbaycanda dünya əhəmiyyətli layihələrin həyata keçirilməsinə nail oldunuz. Bu gün Sizin apardığınız siyasət nəinki ölkəmizin, eyni zamanda, regionun inkişafına yönəldilmişdir. Enerji sahəsində həyata keçirdiyiniz və nəqliyyat sektorunda təklif etdiyiniz layihələr nəinki region, eyni zamanda, Avropa üçün önəm daşıyır.

Sizin bu günlərdə Brüsseldə keçirdiyiniz görüşlər ölkəmizin tarixində yeni bir mərhələ açdı. Siz dünyaya bir daha göstərdiniz ki, Azərbaycan sülhsevər ölkədir və onun ərazi bütövlüyü heç vaxt müzakirə predmeti ola bilməz.

Sizin Azərbaycanın inkişafı istiqamətində həyata keçirdiyiniz siyasət ölkəmizin hər bir vətəndaşı tərəfindən dəstəklənir. Bu istiqamətdə apardığınız fəaliyyətdə Sizə böyük uğurlar və möhkəm cansağlığı arzulayıram.

Dərin hörmətlə,

 

Asəf Hacıyev

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının

Parlament Məclisinin Baş katibi

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin