İQTİSADİYYAT


Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda yeni layihələrin həyata keçirilməsində maraqlıdır

Bakı, 14 dekabr, AZƏRTAC

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda yeni layihələrin həyata keçirilməsində maraqlıdır.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə səfərdə olan Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Dmitri Pankinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə palata ilə QDTİB arasında mövcud iqtisadi əlaqələr müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlərə toxunulub.

Palatanın idarə heyəti sədrinin müavini vəzifəsini icra edən Asim Zülfüqarov ölkəmizdəki iqtisadi artım, qeyri-neft sektorunun, həmçinin bank sektorunun inkişafı, bankların kapitallaşması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib. Aparılan islahatların məntiqi nəticəsi olaraq "Doing Business 2018" hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşmasını vurğulayıb.

Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Dmitri Pankin təmsil etdiyi qurumun Azərbaycanda indiyə qədər həyata keçirdiyi layihələr haqqında danışıb, maliyyə institutları ilə sıx əməkdaşlıq etdiklərini və gələcəkdə yeni layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə, həmçinin palata ilə QDTİB arasında əməkdaşlıq əlaqələri və bu əlaqələrin inkişaf perspektivləri də müzakirə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.