RƏSMİ XRONİKA


Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Andrey Kondakovdan

Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) adından təbrik etməkdən qürur duyuram.

Azərbaycan 1999-cu ildən QDTİB-in ilk əməliyyatlarından etibarən bankın strategiyasının hazırlanması və əməli fəaliyyətinin həyata keçirilməsində fəal iştirak edən dəyərli səhmdar olmuşdur. 2007-ci ildə hökumətinizin QDİTB-dəki kapitalını 2 faizdən 5 faizə qaldırması barədə qərarı Azərbaycanın banka və onun regionun inkişafındakı roluna olan inamını əks etdirir. Sizi əmin edirəm ki, QDİTB regionun ən sürətlə tərəqqi edən iqtisadiyyatına malik Azərbaycanın inkişaf proqramını dəstəkləməyə davam edəcəkdir.

Hörmətlə,

Andrey Kondakov

Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin