İDMAN


Qara Qarayev: Ölkəmizdə virusa yoluxanların sayının artması hamını narahat etməlidir

Bakı, 14 iyul, Nicat Məmmədov, AZƏRTAC

Əvvəllər bu virusla bağlı insanlarda bir az inamsızlıq var idi. Artıq biz, bizə yaxın olan insanların bu virusa yoluxduğunu eşidirik. Düşünürəm ki, artıq bu infeksiyaya bir şübhə qalmayıb. Ailə üzvlərimizin, qohumlarımızı, dostlarımızı qorumaqla xalqımızı qorumuş oluruq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində futbol üzrə Azərbaycan millisinin və “Qarabağ” klubunun futbolçusu Qara Qarayev deyib.

Yay aylarında xüsusi karantin rejimində evdə oturmaq çətin olsa da, hər şeyin yaxşı olacağına ümidvar olan milli komandamızın üzvü bildirib: “Zəruri hallarda evdən çıxan vətəndaşlarımız maksimum dərəcədə özlərini qorusunlar. Yaxınlarımız və əzizlərimizlə bir müddət sosial məsafə saxlasaq, bu heçdə onlara sevgimizin azalması anlamına gəlmir. Ölkəmizdə virusa yoluxanların sayının getdikcə artması hamını ciddi narahat etməlidir. Diqqət etsək görərik ki, hansı ölkələrdə əhali karantin qaydalarına əməl edirsə, həmin ölkələrdə xəstəliyə yoluxanların sayı getdikcə azalır. Mən əminliklə bildirmək istəyirəm ki, Azərbaycan xalqı güclüdür və bu gözəgörünməz düşməni məğlub edəcək. Allah xalqımızı qorusun”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.