MƏDƏNİYYƏT
Qara Qarayevin 100 illik yubileyinə həsr edilən orqan musiqisi axşamı
Bakı, 29 mart, Zərəngiz Mansurova, AZƏRTAC
Martın 29-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr edilən orqan musiqisi axşamı olub. Mədəniyyət və Turizm Nazirliyi və filarmoniyanın təşkilatçılığı ilə keçirilən konsertdə bəstəkarın vokal və instrumental əsərləri səsləndirilib.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl orqan ifaçısı, beynəlxalq müsabiqələr laureatı Natəvan Quliyeva görkəmli bəstəkarın Azərbaycan musiqi mədəniyyətinə töhfələrindən danışıb. Sonra Natəvan Quliyevanın solistliyi ilə konsert proqramı təqdim olunub. Konsertdə Əməkdar artistlər Töhfə Babayeva (skripka) və Fəridə Məmmədova (soprano) da çıxış ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]