MƏDƏNİYYƏT


Qara Qarayevin “Yeddi gözəl” baleti Moskva Quberniya Teatrında nümayiş olunacaq

Bakı, 28 yanvar, AZƏTAC

Dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti fevralın 9-da Moskva Quberniya Teatrında nümayiş etdiriləcək. “Rus baleti” Dövlət Teatrının ifasında təqdim ediləcək tamaşa müəllifin anadan olmasının 103-cü ildönümümə həsr olunur.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bəstəkarın Azərbaycan ədəbiyyatının ən nəhəng simalarından olan Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının motivləri əsasında yazdığı əsərin növbəti nümayişi isə dahi şairin 880 illiyi münasibətilə 30 martda keçiriləcək.

Qeyd edək ki, 2018-ci ildə Qara Qarayevin 100 illik yubileyi münasibətilə Moskvada məşhur balet ustası, SSRİ Xalq artisti Vyaçeslav Qordeyevin rəhbərlik etdiyi “Rus baleti” Dövlət Teatrının ifasında “Yeddi gözəl” nümayiş olunmuşdu.

Qara Qarayevin "Yeddi gözəl" baletinin premyerası 1952-ci ildə olub və ötən illərdə əsər bir çox məşhur teatr səhnələrində təqdim edilib. Bu əsərlə Azərbaycan balet sənətində yeni musiqi dramaturgiyasının əsası qoyulub. "Yeddi gözəl" ölkəmizdə balet janrının inkişafında mühüm rol oynamaqla bərabər, həmçinin Azərbaycan klassik musiqisində yeni mərhələ təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.