MƏDƏNİYYƏT


Qara Qarayevin seçilmiş əsərləri Almaniyada işıq üzü görüb

Bakı, 11 aprel, AZƏRTAC

Ölkə başçısının görkəmli bəstəkar Qara Qarayevin 100 illiyi ilə bağlı müvafiq Sərəncamının icrası ilə əlaqədar Mədəniyyət Nazirliyinin dəstəyi və Avropa Mədəniyyətlərarası Əməkdaşlıq Forumunun təşkilatçılığı ilə “Qara Qarayev – Seçilmiş fortepiano əsərləri” kitabı Almaniyada “Bellmann” musiqi nəşriyyatı tərəfindən çap olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, alman dilində şərhlərlə nəşr olunan kitaba, həmçinin Azərbaycanın Əməkdar artisti Elnarə İsmayılovanın ifasında Qara Qarayevin fortepiano əsərlərindən ibarət audiodisk də daxil edilib.

Kitab Almaniyada Azərbaycan musiqisinin geniş təbliği, avropalı gənclərə musiqimizin parlaq simalarını tanıtmaq məqsədilə hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.