QAN YADDAŞI


Qara Yanvar qan yaddaşımızdan silinməyəcək

Bakı, 20 yanvar, AZƏRTAC

20 Yanvar tariximizin qanlı səhifəsinə çevrilsə də, həm də xalqımızın qəhrəmanlıq səhifəsidir. 20 Yanvar xalqımızın azadlıq yolundan dönməzliyini, doğma Vətən yolunda fədakarlığını bir daha sübut etdi.

Bu sözləri Şəhidlər xiyabanını ziyarətə gələn “Neftçi İdman Klubu” İctimai Birliyinin məşqçi-müəllimi Ruslan Quliyev AZƏRTAC-a müsahibəsində bildirib. O qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında törətdiyi qanlı qırğınlar qan yaddaşımızdan silinməyəcək. O müdhiş gecədə günahsız insanlar amansızcasına qanlarına qəltan ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.