İDMAN


Qara dəniz və Xəzəryanı ölkələrin idmançıları arasında karate çempionatının açılış mərasimi keçirilib

Bakı, 24 avqust, AZƏRTAC

Türkiyənin Rizə şəhərində Qara dəniz və Xəzəryanı ölkələrin idmançıları arasında növbəti karate çempionatının açılış mərasimi olub.

Azərbaycan Milli Karate Federasiyasından (AMPK) AZƏRTAC-a bildiriblər ki, əvvəlcə şəhidlərin xatirəsi anılıb və Türkiyənin dövlət himni səsləndirilib.

Türkiyənin Rizə vilayətinin gənclər və idman idarəsinin müdiri Mustafa Çelik, Bələdiyyə başkanı Rahmi Metin, Türkiyə Karate Federasiyasının prezidenti Esed Delihasan, AMKF-nin, həmçinin Qara dəniz və Xəzəryanı Ölkələrin Karate Federasiyaları Təşkilatının prezidenti Yaşar Bəşirov idmanın bu növünün region ölkələrində sürətlə inkişaf etdiyini bildiriblər. Çıxışlarda karatenin inkişafında belə turnirlərin əhəmiyyəti qeyd olunub.

Tədbirdə Gürcüstan və Moldova karate federasiyalarının prezidentləri, o cümlədən Ukraynanın və İranın nümayəndələri də iştirak ediblər.

Açılış mərasimi bədii hissə ilə davam edib.

Çempionatda 9 ölkəni təmsil edən 159 klubun heyətində 1404 idmançı mübarizə aparır.

Azərbaycan yığması komanda hesabında Türkiyədən sonra ikinci pillədədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.