DÜNYA


Qara dənizdə 700 ton mazut olan tankerdə yanğın baş verib

Bakı, 23 yanvar, AZƏRTAC

Qara dənizdə Komor adaları bayrağı altında üzən və göyərtəsində 700 ton mazut olan “Almuntazah” adlı tankerdə yanğın baş verib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tanker Taman limanında sahildən 1,2 mil aralıda lövbərdə durub.

Tankerin heyət üzvləri 7 nəfər Rusiya vətəndaşıdır. Zərərçəkənlər barədə məlumat verilməyib.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.