DÜNYA
Qara dənizin Bolqarıstan sahilləri buz bağlayıb
Bakı, 13 yanvar, AZƏRTAC
Bolqarıstanın Burqas şəhəri rayonunda unikal təbiət hadisəsi – Qara dənizin buz bağlaması müşahidə olunur.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu hadisəyə Burqasın dəniz limanında 1954-cü ildən bəri ilk dəfədir rast gəlinir.
Ölkənin şimal-şərqindəki Varna rayonunda Varnensk gölü və Dunay çayı da buzla örtülüb, gəmilərin hərəkəti dayanıb. Ölkənin şimal-şərq hissəsində və Burqas rayonunda güclü qar səbəbindən avtomobil nəqliyyatının hərəkəti məhdudlaşıb, məktəblər bağlanıb.
Ötən gecə ölkənin demək olar ki, bütün ərazisində havanın temperaturu mənfi 20 dərəcə ətrafında olub. Milli Meteorologiya və Hidrologiya İnstitutunun məlumatına əsasən, yanvarın sonlarına qədər havanın mülayimləşəcəyi gözlənilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]