DÜNYA
Qara dənizin Gürcüstan sahillərində qasırğa barədə xəbərdarlıq elan olunub
Tbilisi, 19 avqust, AZƏRTAC
Qara dənizin Gürcüstan sahillərində qasırğa barədə xəbərdarlıq elan olunub.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti ictimaiyyətə müraciət edib.
Xidmətin müraciətində deyilir ki, ölkə ərazisində bəzi bölgələrdə hava şəraiti kəskin dəyişəcək. Acarıstan, Quriya və Sameqrelo bölgələrində 3-4 bal gücündə qasırğa gözlənilir.
Xidmət vətəndaşları və turistləri dənizə daxil olmamağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
Sahil xəttində dənizə girməyə müvəqqəti qadağa qoyulduğunu bildirən qırmızı bayraqlar qaldırılıb.
Fırtınadan sonra sahil xəttində dənizə girməyə icazəni bildirən ağ bayraqlar qaldırılacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]