DÜNYA
Qara dənizin Türkiyə sektorunda yeni perspektivli yataqda qaz axtarışı aparılacaq
Ankara, 3 yanvar, AZƏRTAC
Qara dənizin Türkiyə milli sektorunda yeni təbii yanar qaz yatağında kəşfiyyat-axtarış işlərinin aparılması gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz özünün tviter sosial şəbəkə hesabından paylaşım edib.
Videomaterialda məlumat verilir ki, Sakarya qaz yatağına qonşu ərazidə yeni bir sahədə kəşfiyyat aparmağa hazırlıq görülməkdədir. Ümid edilir ki, 2022-ci ildə oxşar bir şad xəbər bölüşülsün.
Qeyd edək ki, Türkiyə Qara dənizdəki milli sektorunda ümumilikdə 540 milyard kubmetr həcmə malik qaz aşkar edib. Bu yataqlarda istehsal ediləcək qazın 2023-cü ildə ölkə ərazisinə çatdırmaq nəzərdə tutulub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]